Netanyahu Trampa Qarşı Çıxdı: “Ərdoğanla Dostluq Türkiyəni ABŞ-nin Müttəfiqi Etmir”

1 Dəq Oxuma Müddəti

Netanyahu Trampın açıqlamalarına münasibət bildirdi

ABŞ Prezidenti Donald Trampın Türkiyəyə tətbiq edilən CAATSA sanksiyalarının ləğv oluna biləcəyi və F-35 döyüş təyyarələrinin Ankaraya təhvil verilməsi məsələsinin yenidən nəzərdən keçirilə biləcəyi barədə açıqlamalarından sonra sionist rejimin Baş naziri Benyamin Netanyahu mövqeyini açıqlayıb.

CNN telekanalına müsahibəsində danışan Netanyahu bildirib ki, Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətləri Türkiyənin ABŞ üçün etibarlı tərəfdaş olması anlamına gəlmir.

“Hər kəs bilməlidir ki, Prezident Trampın Prezident Ərdoğanla şəxsi dostluğu Türkiyəni ABŞ üçün dost ölkəyə çevirmir”, – deyə Netanyahu bildirib.

F-35-lərin Türkiyəyə verilməsinə etiraz

Netanyahu ABŞ-nin Türkiyəyə F-35 döyüş təyyarələri verməsinin əleyhinə olduğunu da açıq şəkildə ifadə edib.

Onun sözlərinə görə, belə bir qərar Yaxın Şərqdə mövcud hərbi qüvvələr balansını poza bilər.

“Əgər mən Trampın yerində olsaydım, Türkiyəyə F-35 qırıcılarını verməzdim”, – deyə sionist rejimin Baş naziri vurğulayıb.

CAATSA sanksiyaları yenidən gündəmdə

Netanyahunun açıqlamaları Donald Trampın Türkiyəyə qarşı tətbiq olunan CAATSA sanksiyalarının ləğvi ehtimalını gündəmə gətirməsindən sonra səsləndirilib.

Məsələ həm Vaşinqton-Ankara münasibətləri, həm də regionda hərbi balans baxımından beynəlxalq diqqət mərkəzində qalmaqda davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş