Medvedevdən Vaşinqtona sərt bəyanat
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-nin digər dövlətlərə öz iradəsini qəbul etdirmək hüququ olmadığını bəyan edib.
Medvedev ABŞ-nin yaranmasının 250 illiyi münasibətilə etdiyi paylaşımda ölkəsinin dünya üçün nə nümunə, nə də mütləq güc mərkəzi olduğunu bildirib.
O qeyd edib ki, dünyanın əksər dövlətləri ABŞ-nin başqa ölkələrin əvəzinə qərar vermək hüququna malik olmadığı qənaətini bölüşür.
“Əvvəl öz problemlərinizi həll edin”
Rusiyalı siyasətçi vurğulayıb ki, nə Ağ evin, nə də ABŞ rəhbərliyinin digər dövlətlərə öz iradəsini diktə etmək hüququ var.
Medvedev çıxışını “Əvvəl öz daxilinizdəki xaosu aradan qaldırın” sözləri ilə yekunlaşdırıb.
Moskva Avropanı da tənqid edib
Bundan əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin də Avropanın Ukrayna böhranının həlli üçün hazırda konstruktiv təşəbbüslər irəli sürə bilmədiyini bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri bir tərəfdən Rusiya ilə dialoq çağırışları edir, digər tərəfdən isə Moskvaya qarşı “strateji məğlubiyyət” məqsədini gündəmdə saxlayırlar.

