Vaşinqtonda iki günlük danışıqlar başladı
Livan və sionsit rejim arasında yeni danışıqlar mərhələsi bu gün Vaşinqtonda start götürüb.
Diplomatik mənbələrin məlumatına görə, görüşlər ABŞ Dövlət Departamentində səhər saatlarında başlayıb və iki gün davam edəcək.
Danışıqlar Livan-Fələstin sərhədində qüvvədə olan atəşkəs razılaşmasının başa çatmasına yaxın bir dövrdə keçirilir.
Tərəfləri kimlər təmsil edir?
Sionist rejimin nümayəndə heyətinə ABŞ-dakı səfir Yehiel Leiter rəhbərlik edir. Heyətdə briqada generalı Amihay Levin və sionist rejimin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi də yer alır.
Livan nümayəndə heyətində isə Vaşinqtondakı səfir Nəda Həmadə Muavvad, hərbi attaşe və diplomat Simon Kərəm iştirak edir. Livan prezident administrasiyasının açıqlamasına görə, nümayəndə heyətinə Simon Kərəm rəhbərlik edir.
Livanın əsas tələbləri
Haaretz qəzetinin məlumatına görə, Livan tərəfi atəşkəsin daimi razılaşmaya çevrilməsini istəyir.
Bundan başqa, Beyrut işğalçı rejim qüvvələrinin Livan ərazilərindən çıxmasını və sərhəd kəndlərinə hücumların dayandırılmasını tələb edir.
Sionist rejim geri çəkilməyə hazır deyil
İşğalçı rejim tərəfi isə Hizbullah təhlükəsinin davam etdiyini əsas gətirərək geri çəkilmə məsələsini müzakirə etmək istəmir.
Məlumata görə, Təl-Əviv gələcəkdə Hizbullah məsələsi həll edildikdən sonra tam sülh sazişi imzalanmasını gündəmdə saxlayır.
Gərginlik davam edir
Sionist rejim ordusu aprelin 16-dan 17-nə keçən gecə qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq Livan ərazisinə hücumlarını davam etdirir.
Digər tərəfdən, Hizbullah sionist rejimin sərhəd bölgələrindəki mövqelərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini bildirir.
Hizbullah eyni zamanda sionist rejim ilə birbaşa danışıqları qəbul etmədiyini açıqlayıb.
