15 ölkədəki səfirlik bağlanacaq
Kolumbiya Prezidenti Espriella açıqlamasında bildirib ki, diplomatik nümayəndəliklərin optimallaşdırılması prosesi çərçivəsində ilk mərhələdə aşağıdakı ölkələrdə fəaliyyət göstərən səfirliklər bağlanacaq:
Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrika.
Fələstin səfirliyi də fəaliyyətə başlamayacaq
Prezident qeyd edib ki, indiyədək fəaliyyətə başlamayan Kolumbiyanın Fələstindəki səfirliyinin yaradılması layihəsi də dayandırılır.
Diplomatik nümayəndəliklər birləşdiriləcək
Espriella bildirib ki, Fransada UNESCO yanında fəaliyyət göstərən diplomatik nümayəndəlik ilə İtaliyada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yanında fəaliyyət göstərən nümayəndəlik birləşdiriləcək.
Diplomatik əlaqələr davam edəcək
Kolumbiya Prezidenti vurğulayıb ki, ölkə Kuba və Nikaraqua istisna olmaqla, digər bütün dövlətlərlə diplomatik münasibətlərini davam etdirəcək.

