Sionist rejim ordusunda yeni itki
Rejim mediası Livanın cənubunda keçirilən əməliyyatlar zamanı daha bir sionist hərbçinin öldüyünü açıqlayıb.
i24NEWS telekanalı bildirib ki, “cəbhədə baş verən hadisələr yenidən bir sionist rejim əsgərin ölümü ilə nəticələnib”.
“Atəşkəs var, amma atəş dayanmayıb”
Kanal 13 isə ölən hərbçinin Livanla atəşkəsdən sonra öldürülən yeddinci sionist rejim əsgər olduğunu qeyd edib.
Kanal vəziyyəti “kağız üzərində atəşkəs, reallıqda isə davam edən atəş” kimi xarakterizə edib.
Məlumata görə, Hizbullah xüsusilə kamikadze pilotsuz aparatlarla işğalçı rejim ordusunun zəif nöqtələrini hədəfə alır.
Rejim mediası dron təhlükəsindən narahatdır
Sionist rejim kanalları Hizbullahın istifadə etdiyi partlayıcı dronların yeni təhlükə yaratdığını vurğulayıb.
Mediada yayılan məlumatlarda işğalçı rejim əsgərlərin Livanın cənubunda “birbaşa və açıq təhlükə altında” fəaliyyət göstərdiyi qeyd olunub.
“Maariv”: Hücumların miqyası genişlənir
Maariv qəzeti Hizbullahın son dövrdə hücumlarının həm intensivliyini, həm də coğrafiyasını genişləndirdiyini yazıb.
Qəzetin məlumatına görə, müqavimət qüvvələri artıq daha müxtəlif hədəfləri vurmağa başlayıb.
Sionist rejim ordusu çıxış yolu tapa bilmir
Bundan əvvəl Yedioth Ahronoth qəzeti kamikadze dronların rejim ordusu üçün strateji təhlükəyə çevrildiyini yazmışdı.
Nəşr qeyd etmişdi ki, işğalçı rejim ordusu hələ də bu dronlara qarşı effektiv müdafiə sistemi tapa bilməyib.
Məlumata görə, ordunun bəzi bölgələrdə hətta qoruyucu torlardan istifadə etməyə başlaması vəziyyətin ciddiliyini göstərir.
Livan cəbhəsində gərginlik artır
Hizbullah sionist rejimin Livana hücumlarına və atəşkəsi pozmasına cavab olaraq əməliyyatlarını davam etdirdiyini bildirir.
Müqavimət qüvvələri sionist rejimin hərbi texnikasını, sərhəd mövqelərini və əsgər qruplarını raket və pilotsuz aparatlarla hədəfə alır.
Bu qarşıdurmalar Livan-Fələstin sərhədində gərginliyin yenidən yüksəldiyini göstərir.
