İran Ordusundan Sərt Mesaj: Müharibə Davam Edəcək, Hörmüzlə Bağlı Xəbərdarlıq Edildi

1 Dəq Oxuma Müddəti

“Müharibə tam çəkindirmə əldə olunana qədər davam etməlidir”

İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmi Niya bildirib ki, tam çəkindirmə təmin olunana qədər hərbi əməliyyatların davam etməsi zəruridir.

Onun sözlərinə görə, bu yanaşma ölkənin təhlükəsizliyinin təmin edilməsi baxımından rasional addım hesab olunur.

Hörmüz boğazı ilə bağlı xəbərdarlıq

General Əkrəmi Niya ABŞ-la əməkdaşlıq edən ölkələrə də xəbərdarlıq edib.

O bildirib ki, ABŞ-ı dəstəkləyən dövlətlərin gəmiləri Hörmüz boğazından keçid zamanı problemlərlə üzləşə bilər.

Onun sözlərinə görə, heç bir ölkə bu boğazdan hərbi təyinatlı yük və sursat daşıyaraq sonradan həmin vasitələrin İrana qarşı istifadə olunacağını gözləməməlidir.

“İranın geosiyasi imkanlarından istifadə etdilər”

İran ordusunun sözçüsü qeyd edib ki, bəzi ölkələr uzun illər Hörmüz boğazının təqdim etdiyi geosiyasi və iqtisadi imkanlardan faydalansalar da, son nəticədə ABŞ-ın yanında yer alıblar.

O əlavə edib ki, həmin dövlətlər boğaz vasitəsilə milyardlarla dollarlıq yük və milyonlarla barel neft daşıyıb.

XİN də Hörmüzlə bağlı mövqeyini təkrarlayıb

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də Hörmüz boğazının gələcəyinin Omanla koordinasiya şəraitində müəyyənləşdirilməli olduğunu bildirmişdi.

O vurğulamışdı ki, İranın Hörmüz boğazı üzərində suverenliyi müzakirə predmeti deyil və bu mövqedən geri çəkilmək niyyətində deyillər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş