İran ordusundan yeni açıqlama
İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmi Niya ABŞ-ın İraqın Ərbil şəhərində yerləşən hərbi infrastrukturunun böyük hissəsinin məhv edildiyini açıqlayıb.
Onun sözlərinə görə, həyata keçirilən əməliyyatlar nəticəsində ABŞ-a bağlı obyektlər ciddi zərər görüb.
“Ərbildəki qüvvələr artıq əməliyyat apara bilmir”
Əkrəmi Niya bildirib ki, Ərbildə yerləşən və İranın “inqilab əleyhdarı qüvvələr” kimi xarakterizə etdiyi qruplar artıq ölkəsinə qarşı əməliyyat keçirmək imkanına malik deyil.
O, bunun bölgədə həyata keçirilən hərbi zərbələrin nəticəsi olduğunu açıqlayıb.
İnqilab Keşikçilərindən də açıqlama
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühibbi də son 15 gün ərzində ABŞ-a məxsus hərbi texnikaya ciddi zərbələr endirildiyini qeyd etmişdi.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri ABŞ bazalarında yerləşən 11 döyüş təyyarəsi və helikopteri məhv edib.
Pilotsuz aparatların da vurulduğu bildirilir.
Mühibbi əlavə edib ki, əməliyyatlar zamanı 17 pilotsuz uçuş aparatı sıradan çıxarılıb.
Onun sözlərinə görə, bunlardan 8-i əvvəllər istifadə edilməmiş yeni nəsil pilotsuz sistemlər olub.
ABŞ təyyarələrinin vuruldu
İran tərəfi həmçinin ABŞ-a məxsus aşağıdakı hava vasitələrinin məhv edildiyini açıqlayıb.
- F-15 qırıcı təyyarəsi;
- P-8 patrul təyyarəsi;
- C-17 hərbi nəqliyyat təyyarəsi;
- Havada yanacaq doldurmaq üçün istifadə olunan 8 təyyarə.
Gərginlik davam edir
Bu açıqlamalar ABŞ və İran arasında davam edən hərbi qarşıdurma fonunda səsləndirilib.
İran son günlər ABŞ-ın Körfəz ölkələri, Suriya və İordaniyadakı hərbi obyektlərinə qarşı əməliyyatlar keçirdiyini bildirir. Vaşinqton isə bölgədəki hərbi fəaliyyətini davam etdirir.

