İran itkilərlə bağlı yeni rəqəmləri açıqladı
İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin rəhbəri Hüseyn Kərmanpur ABŞ-ın ölkəyə endirdiyi son hava zərbələrinin nəticələri ilə bağlı yeni məlumat yayıb.
O bildirib ki, iyulun 8-i və 9-da İranın müxtəlif bölgələrinə təşkil olunan hücumlar nəticəsində indiyədək 14 nəfər şəhid olub, 78 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hücumlar beş əyaləti əhatə edib
Kərmanpurun sözlərinə görə, ABŞ-ın hava əməliyyatları İranın beş əyalətini hədəf alıb.
İranlı rəsmi qeyd edib ki, hücumların nəticələrinin qiymətləndirilməsi davam edir və itkilərlə bağlı rəqəmlərin dəyişməsi istisna edilmir.
Yaralıların vəziyyəti açıqlanıb
Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, yaralananlardan 47 nəfərin müalicəsi hazırda xəstəxanalarda davam etdirilir.
Digər yaralılar isə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Gərginlik davam edir
ABŞ və İran arasında son günlər baş verən qarşılıqlı hərbi əməliyyatlar regionda təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib. Tərəflər bir-birini hücumlarda və atəşkəs öhdəliklərini pozmaqda ittiham edir.

