İçğalçı İsrail Etiraf Etdi: Livan Cəbhəsində Yaralananların Sayı 1000-i Keçdi

1 Dəq Oxuma Müddəti

İşğalçı İsrail yeni yaralı sayını açıqladı

Sionist rejim Səhiyyə Nazirliyi son məlumatlarda daha 5 nəfərin yaralandığını bildirib.

Bununla da ABŞ–sionist rejimin İrana qarşı başladığı müharibədən bu günə qədər qeydə alınan ümumi yaralı sayı 8909 nəfərə yüksəlib.

Livan cəbhəsində rəqəmlər artır

Nazirliyin məlumatına görə, yalnız Livan istiqamətində baş verən hadisələr nəticəsində yaralananların sayı 1008 nəfərə çatıb.

Söhbət İranla atəşkəs razılaşmasının qüvvəyə mindiyi 8 aprel tarixindən sonrakı dövrdən gedir.

Atəşkəsdən sonra da itkilər davam edir

Sionist rejim rəsmiləri əlavə edib ki, Livanda 17 aprel tarixində elan olunan atəşkəsdən sonra xəstəxanalara ümumilikdə 593 yaralı qəbul olunub.

Bu rəqəmlərin davamlı şəkildə artdığı vurğulanıb.

Hizbullah əməliyyatlarını davam etdirir

Livan müqaviməti işğalçı rejim qüvvələrinə və hərbi toplanma məntəqələrinə qarşı əməliyyatların davam etdiyini açıqlayır.

Hizbullah bu hücumların işğalçı rejimin Livana qarşı davam edən əməliyyatlarına cavab olduğunu bildirir.

Sionist rejim kəşfiyyatı yeni strategiyadan danışır

İşğalçı rejimin “Amit” İnformasiya və Kəşfiyyat İnstitutunun hesabatında Hizbullahın yeni əməliyyat strategiyasına keçdiyi qeyd olunub.

Hesabatda təşkilatın xüsusilə sionist rejim ordusunun komandan heyətini və sərhəd boyunca aktiv qüvvələri hədəf almağa fokuslandığı bildirilib.

Gərginlik səngimir

Bölgədə atəşkəs razılaşmasına baxmayaraq qarşılıqlı hücumların davam etdiyi qeyd olunur.

Həm Livan cənubunda, həm də sərhəd bölgələrində hərbi aktivliyin yüksək səviyyədə qaldığı bildirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş