Hizbullahdan Sərt Açıqlama: “Atəşkəsi Biz Yox, İsrail Pozur”

3 Dəq Oxuma Müddəti

Hizbullah işğalçı İsrailin ittihamlarını rədd etdi

Livan İslam Müqaviməti – Hizbullahın Əməliyyatlar Otağı tərəfindən yayılan bəyanatda sionist rejim atəşkəsin pozulması ilə bağlı səsləndirdiyi iddiaların əsassız olduğu bildirilib.

Bəyanatda vurğulanıb ki, müqavimət qüvvələri atəşkəs razılaşmalarını pozmayıb və rejim tərəfi 27 noyabr 2024-cü ildən etibarən imzalanan heç bir razılaşmaya əməl etməyib.

Qeyd olunub ki, bu vəziyyət 16 aprel 2026-cı il razılaşması və son İran–ABŞ anlaşmasından sonra da dəyişməyib. Həmin sənədin ilk bəndində bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması nəzərdə tutulur.

“Sionist işğalçı İsrail mülki əhalini hədəf almağa davam edir”

Yaşayış məntəqələri və infrastruktur vurulur

Hizbullahın açıqlamasında rejim ordusunun atəşkəs dövründə də yaşayış məntəqələrini, mülki infrastrukturu və kəndləri hədəfə aldığı bildirilib.

Müqavimət tərəfi sionist rejimin quru əməliyyatlarını genişləndirməyə çalışdığını, bəzi yaşayış məntəqələrinə doğru irəliləmə cəhdləri etdiyini və daha əvvəl nəzarətə götürə bilmədiyi ərazilərdə möhkəmlənmək istədiyini qeyd edib.

Rejim rəsmilərinin açıqlamaları xatırladıldı

Bəyanatda rejiminBaş Qərargah rəisi Eyal Zamirin bir neçə həftə əvvəl səsləndirdiyi “Livanda atəşkəs yoxdur” fikrinə də diqqət çəkilib.

Hizbullah hesab edir ki, bu bəyanatlar sionist rejim razılaşmalara əməl etmədiyini açıq şəkildə göstərir.

Əli Tahir təpəsində qarşıdurma

Rejim qüvvələrinin irəliləyiş cəhdi dayandırılıb

Müqavimət qüvvələrinin məlumatına görə, işğalçı İsrail ordusuna məxsus zirehli texnika və piyada bölmələri Əli Tahir yüksəkliyi istiqamətində irəliləməyə çalışıb.

Hizbullah bildirir ki, həmin qüvvələr əvvəlcədən hazırlanmış pusquya salınıb və müxtəlif silahlardan istifadə olunaraq onlara zərbələr endirilib.

Üç tankın vurulduğu bildirilir.

Açıqlamada qeyd olunur ki, rejimə məxsus üç “Merkava” tankı idarəolunan raketlərlə vurulub və texnikada yanğın baş verib.

Bundan sonra əraziyə əlavə raket və artilleriya zərbələrinin endirildiyi bildirilib.

Yaralıların çıxarılması zamanı yeni hücum

Hizbullahın yaydığı digər məlumatda vurğulanır ki, işğalçı İsrail ordusunun ikinci qrupu ölən və yaralanan hərbçiləri ərazidən çıxarmaq üçün bölgəyə daxil olmağa cəhd edib.

Müqavimət qüvvələri həmin qrupun da raketlər və minaatan mərmiləri ilə hədəfə alındığını və itkilər verildiyini iddia edib.

“Müqavimət fəaliyyətini davam etdirəcək”

“Əməliyyatlar Aşura əməliyyatlarının tərkib hissəsidir”

Hizbullah bəyan edib ki, həyata keçirilən bütün əməliyyatlar Livanın müdafiəsi, torpaqların azad olunması və sionist rejimin atəşkəs pozuntularına cavab məqsədi daşıyır.

Qurum vurğulayıb ki, müqavimət qüvvələri gələcəkdə də istənilən hücuma qarşı cavab verməyə hazırdır və Livanın müdafiəsini davam etdirəcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş