İran Küveytə etiraz etdi
İranın xarici işlər naziri Abbas Əraqçi Küveytin İran qayığına qarşı qanunsuz əməliyyat keçirdiyini açıqlayıb.
Əraqçi “X” platformasında paylaşdığı mesajda bildirib ki, Küveyt körfəzdə İran qayığını hədəfə alıb və dörd İran vətəndaşını saxlayıb.
Onun sözlərinə görə, bu addım “bölgədə parçalanma yaratmaq cəhdi” kimi qiymətləndirilir.
“ABŞ-ın istifadə etdiyi ada yaxınlığında baş verib”
İranlı nazir hadisənin ABŞ tərəfindən hərbi məqsədlərlə istifadə olunan ada yaxınlığında baş verdiyini vurğulayıb.
Əraqçi bildirib ki, həmin bölgə Vaşinqtonun İrana qarşı əməliyyatlarında istifadə olunur.
Tehran dərhal azadlığa buraxılma tələb edir
İran xarici işlər naziri saxlanılan vətəndaşların dərhal azad edilməsini tələb edib.
O əlavə edib ki, Tehran cavab vermək hüququnu özündə saxlayır.
İran XİN-dən də açıqlama gəlib
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi də Küveyt rəsmilərini “tələsik bəyanatlar və əsassız ittihamlardan” çəkinməyə çağırmışdı.
Nazirlik məsələnin rəsmi diplomatik kanallar vasitəsilə həll edilməsinin vacibliyini vurğulamışdı.
İran səfirliyinə giriş tələb olunub
Tehran həmçinin Küveytdəki İran səfirliyinin saxlanılan şəxslərlə görüşünə imkan yaradılmasını istəyib.
İran tərəfi dörd vətəndaşın dərhal sərbəst buraxılmasını tələb etdiyini bir daha bəyan edib.
Küveyt nə açıqlamışdı?
Küveyt Daxili İşlər Nazirliyi çərşənbə axşamı dənizdə olan qayıqda dörd İran vətəndaşının saxlanıldığını açıqlamışdı.
Küveyt tərəfi həmin şəxslərin “düşmən fəaliyyətləri həyata keçirməyə hazırlaşdıqlarını” iddia etmişdi.
Gərginlik artır
Son hadisə İranla bəzi Körfəz ölkələri arasında artan təhlükəsizlik gərginliyi fonunda baş verir.
Xüsusilə Hörmüz boğazı və körfəz regionunda son
