“Sumud” Flotilyası Qəzzaya 120 mil Qaldığını Bildirdi

2 Dəq Oxuma Müddəti

Flotiliya Qəzzaya yaxınlaşır

Qəzzaya humanitar yardım aparan Qlobal Qətiyyət Flotilyasının 120 dəniz mili sərhədinə yaxınlaşdığı bildirilib. Flotiliyanın sosial media hesabından edilən açıqlamada, daha əvvəl hücuma məruz qalan və ya dayandırılan bölgəyə daxil olunduğu vurğulanıb.

“Yüksək riskli zonaya girdik”

Flotiliya nümayəndələri, bölgədə pilotsuz uçuş aparatlarının hərəkətliliyinin artdığını və internet-radiosiqnallarının normaldan daha çox kəsildiyini açıqlayıb. Flotiliya sözçüsü Vail Nauar bildirib:
“Artıq yüksək riskli zonadayız. Qəzzaya 144 mil qalıb. Gəmilərimizin üzərindəki dronların sayı ikiqat artıb. İstər bu gecə, istərsə də sabah müdaxiləyə hazırıq.”

İsrail donanması izləyir

Türkiyəli aktivist Məhəmməd Salihin paylaşdığı videoda, flotiliya gəmilərinə 80 kilometr məsafədə bir İsrail donanma gəmisi göründüyü qeyd olunub. O, yaxın saatlarda hərbi müdaxilənin baş verə biləcəyini deyib:
“Yüksək siqnaldayıq. Hər kəs can yeleklərini geyinib və güvertədə hazır gözləyir.”

Tarixi miqyasda ən böyük yardım flotiliiyası

Qlobal Qətiyyət Flotiliiyası onlarla gəmidən ibarət olmaqla, əsasən tibbi ləvazimat və humanitar yardım daşıyır. Bu, indiyədək Qəzzaya doğru yola çıxan ən böyük flotiliya kimi xarakterizə olunur.

“Sumud” anlayışı və simvolizmi

Flotiliyanın adında yer alan “Sumud” sözü 1967-ci il Altı Günlük Müharibədən sonra Fələstin xalqının mübarizə və dirənişini ifadə edən anlayış kimi meydana çıxıb. Bu termin fələstinlilərin torpaqlarında qalmasını, kimlik və mədəniyyətlərini qorumasını, zorakılıqdan uzaq sivil itaətsizlik vasitəsilə işğala qarşı alternativ qurumlar inşa etməsini təsvir edir. Simvol olaraq isə zeytun ağacı və hamilə kəndli qadın işlədilir.

Hazırda flotiliyanın Qəzzaya yaxınlaşması bölgədə vəziyyətin gərginləşməsi və İsrailin mümkün müdaxiləsi ilə bağlı ciddi narahatlıqlara səbəb olub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş