Sepah Komandiri Nəqdi: Müqavimət 12 günlük müharibədə ABŞ planlarını puç etdi

2 Dəq Oxuma Müddəti

“12 günlük müharibə ABŞ ilə İranın birbaşa qarşıdurması idi”

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanının ali müşaviri Sərdar Məhəmmədrza Nəqdi “Əsfərayinin 335 şəhidi” tədbirində çıxış edərək son regional hadisələri dəyərləndirib.

O, çıxışında şəhidlərin yolunun davam etdiyini vurğulayaraq bildirib: “Müsəlman olmağın şərti tağuta ‘yox’ deməkdir. Şəhidlərimiz iman gücü ilə hegemon güclərə boyun əymədilər və bu gün biz onların mirasını qoruyuruq.”

Şəhid Nadir Mehdevi nümunəsi

Sərdar Nəqdi Xəzər və Fars körfəzində qəhrəmanlığı ilə tanınan şəhid Nadir Mehdevinin həyat yolunu xatırladıb. Onun sadə bir balıqçı qayığı ilə ABŞ-ın nəhəng avianayını hədəfə aldığını qeyd edən Nəqdi, “Nadir Mehdevi inanc və cəsarətin təcəssümü idi. O, əsir götürüldükdən sonra işgəncə altında şəhid oldu və fədakarlığın simvoluna çevrildi” deyib.

ABŞ-ın İsrail vasitəsilə başlatdığı müharibə

Çıxışında Nəqdi bu ilin iyununda baş verən 12 günlük toqquşmanı xatırladaraq onun mahiyyətcə “ABŞ-ın İranla birbaşa savaşı” olduğunu vurğulayıb:
“ABŞ İsraili önə çəkdi, amma müqavimət gücü düşmənin hesablamalarını alt-üst etdi. Bu müharibə göstərdi ki, İran xalqının və müqavimət cəbhəsinin iradəsi hətta böyük gücləri də geri çəkilməyə vadar edə bilir.”

“Şəhidlərin qanı bəşəriyyəti oyatdı”

Nəqdi bildirib ki, Qəzzada şəhid olanların qanı və müqavimətin qətiyyəti dünya xalqlarını ayıltmaqda mühüm rol oynayıb:
“Bu yalnız hərbi qələbə deyildi, bu, müdafiə müharibəsində şəhidlərimizin qoyduğu yolun davamıdır. Qanları sayəsində beynəlxalq miqyasda dirənişin mənəvi təsiri genişləndi.”

“Şəhidlərin yolu bəşəriyyətin oyanışıdır”

Nəqdi həmçinin şəhidlərin fədakarlığının İranın regional güc mövqeyini möhkəmləndirdiyini, elmi və texnoloji inkişaflara təkan verdiyini qeyd edib. Onun sözlərinə görə, 76 il ərzində üstünlük əldə etməyə çalışan İsrail indi miqrasiya böhranı və beynəlxalq dəstəyin azalması ilə üzləşib.

“Şəhidlər ən böyük müəllimlərimizdir. Bizim hər strateji qələbəmiz onların qanının bərəkətidir. Bu yol davam etməlidir ki, dünya xalqlarının oyanışı azadlığa çevrilsin,” – deyə Nəqdi vurğulayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş