FDD Etiraf Etdi: Qrossi ABŞ-ın İran Planlarında Gizli Silah Olub

1 Dəq Oxuma Müddəti

FDD-nin İranla bağlı müzakirəsi

BMT Baş Assambleyasının iclası ərəfəsində Vaşinqtonda yerləşən “Demokratiyaların Müdafiəsi Fondu” (FDD) İran məsələsinə həsr olunmuş xüsusi iclas keçirib. Tədbirdə fondun rəhbəri Conatan Skants, baş məsləhətçi Riçard Qoldberq, Çin proqramının direktoru Kreyq Sinqleton və texnologiya-laboratoriya rəhbəri Mark Montqomeri iştirak edib.

Ekspertlər İranı ABŞ və müttəfiqləri üçün həm siyasi, həm də strateji çətinlik hesab ediblər. Onların sözlərinə görə, Tehran xüsusən beynəlxalq təşkilatlar – BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) çərçivəsində ABŞ-ın qarşısında ciddi maneə yaradır.

Qrossinin rolu: ABŞ üçün “xidmət”

Müzakirənin əsas mövzularından biri AEBA rəhbəri Rafael Qrossinin fəaliyyəti olub. Ekspertlər onun İranın zəif tərəflərini açmaqda və Vaşinqtonun gündəliyini irəli aparmaqda mühüm rol oynadığını vurğulayıblar.

Hətta Qrossinin gələcəkdə BMT Baş katibi vəzifəsinə namizəd ola biləcəyi də qeyd edilib. FDD nümayəndələri onu “ABŞ-la tam koordinasiya içində işləyən” şəxs kimi xarakterizə ediblər.

İranı məhdudlaşdırmaq üçün “yumşaq güc”

FDD mütəxəssisləri bildiriblər ki, İranın nüvə proqramındakı geri addımlar əslində ABŞ üçün diplomatik uğurdur. Onların fikrincə, Qrossinin “diplomatiyası” İran üzərində nəzarəti gücləndirib və bu, Vaşinqtonun “yumşaq güclə əldə etdiyi qələbə”dir.

Eyni zamanda, ekspertlər agentliyin strukturunda Çin və Rusiya təsirinə dair narahatlıqlarını da dilə gətiriblər. Onların fikrincə, ABŞ bu təsirin qarşısını maliyyə və siyasi təzyiqlərlə almağa çalışmalıdır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş