Baş Qərargah Rəisi: Düşməni Strateji Sürprizlərlə Cavablayacağıq

2 Dəq Oxuma Müddəti

Müdafiə Həftəsi münasibətilə bəyanat

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdurrahim Musəvi Müdafiə Həftəsi münasibətilə xalqa müraciət edib. O, İranın müdafiə qabiliyyətinin yalnız hərbi güclə deyil, həm də xalqın əzmi, şəhidlərin irsi və milli birliyə söykəndiyini vurğulayıb.

Musəvi bildirib ki, 8 illik İran-İraq müharibəsi sadəcə bir savaş deyil, ölkə üçün “iman, iradə və müqavimət məktəbi” olub. Onun sözlərinə görə, həmin təcrübə İranı müdafiə sənayesində özünütəminata aparıb və yeni texnologiyaların inkişafına yol açıb.

Strateji dərslər və güclənən müdafiə

Baş Qərargah rəisi qeyd edib ki, müdafiə tarixi ölkəyə dörd əsas dərs verib:

  • İman və təvəkkülün qələbənin təminatı olduğu;

  • Müqavimət və özünə güvənməklə müdafiə sənayesində müstəqilliyin qazanıldığı;

  • Milli birliyin təhlükələri fürsətə çevirdiyi;

  • Fədakarlığın və şəhidlərin iradəsinin qlobal hegemonlara qalib gəldiyi.

Son mesaj: Strateji sürprizlər

Musəvi Qəzzadakı son qarşıdurmalara da toxunaraq İsrail və ABŞ-ı “işğalçı və cinayətkar” adlandırıb. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri bu gün “strateji sürprizlər və innovativ imkanlarla” hər cür təhdidə cavab verməyə hazırdır:

“Bizim cavabımız vaxtında, qətiyyətli, peşiman etdirici və düşmənin təsəvvüründən də kənar olacaq”.

Milli birlik və dəstək

Musəvi həmçinin qeyd edib ki, dövləti yönəldən siyasətçilərin, xalqın və şəhid ailələrinin dəstəyi İran ordusunun əsas dayağıdır. O, şəhidlərin xatirəsini anaraq, onların irsinin ölkənin milli gücünə yeni ruh verdiyini bildirib.

Baş Qərargah rəisi nitqini belə yekunlaşdırıb:
“Silahlı Qüvvələr milli birlik və rəhbərliyin müdrikliyi ilə hər bir təhdidi fürsətə çevirəcək, İranın strateji mövqeyini həm bölgədə, həm də beynəlxalq aləmdə daha da möhkəmləndirəcək”.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş