Barselona “Kamp Nou”ya dönə bilmir
Barselona klubu rəsmi açıqlama yayaraq Xetafe ilə qarşıdakı La Liqa oyununu yenilənmiş “Spotify Kamp Nou”da deyil, “Yohan Kroyf” stadionunda keçirəcəyini bildirib.
Kataloniya təmsilçisi qeyd edib ki, stadionun açılışı üçün lazım olan inzibati icazələrin alınması prosesi hələ tamamlanmayıb. Klub yaxın gələcəkdə bu proseduru yekunlaşdırmağı planlaşdırır.
Klubdan azarkeşlərə təşəkkür
Barselona yayımladığı bəyanatda üzvlərinə və azarkeşlərinə müraciət edərək bu mürəkkəb prosesdə göstərdikləri anlayış və dəstəyə görə təşəkkür edib:
“Spotify Kamp Nou”ya dönüş həm klub, həm də tərəfdarlar üçün böyük həyəcan doğurur və biz tezliklə bu hədəfi reallaşdırmağa ümid edirik”.
Açılış bir neçə dəfə təxirə salınıb
Əslində, Barselona stadionun yenidən açılışını ötən ilin noyabrında reallaşdırmağı planlaşdırırdı. Lakin texniki və inzibati səbəblərdən proses dəfələrlə gecikdirilib.
Çempionlar Liqası öncəsi çətin sınaq
Xatırladaq ki, Barselona Xetafe ilə görüşdən əvvəl mühüm bir oyuna çıxacaq. Komanda Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda səfərdə “Nyukasl Yunayted”ə qarşı mübarizə aparacaq.