Britaniyada Siyasi Zəlzələ: Starmer Getdi, Burnham Baş Nazir Oldu

2 Dəq Oxuma Müddəti

Starmer istefasını təqdim etdi

Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmer Dauninq-stritdə Baş nazir kimi son çıxışını edərək vəzifəsinin başa çatdığını bildirib.

O, çıxışında Leyboristlər Partiyasına altı il yarım rəhbərlik etdiyini, partiyanı 2019-cu ildəki ağır məğlubiyyətdən çıxararaq 2024-cü il seçkilərində qələbəyə daşıdığını vurğulayıb.

Çıxışdan sonra Starmer Bukingem sarayına gedərək Kral III Çarlza rəsmi istefasını təqdim edib. Kral istefanı qəbul etdikdən sonra ölkədə hakimiyyətin ötürülməsi prosesi başlayıb.

Əndi Börnhem hökuməti qurmaq səlahiyyəti aldı

Starmerin istefasının ardından Leyboristlər Partiyasının yeni lideri Əndi Börnhem də Bukingem sarayında Kral III Çarlzla görüşüb.

Kral ona hökuməti formalaşdırmaq səlahiyyəti verib. Bununla da 56 yaşlı siyasətçi Dauninq-strit 10 ünvanına köçərək rəsmi şəkildə Baş nazir vəzifəsinin icrasına başlayıb.

Börnhem son dörd ildə Böyük Britaniyanın beşinci Baş naziri olub.

“Siyasətə inamı bərpa etməliyik”

Yeni Baş nazir ilk çıxışında bildirib ki, 2016-cı ildən bəri ölkədə yeddinci Baş nazir olduğunu yaxşı anlayır və bunun ciddi məsuliyyət yaratdığını qeyd edib.

Onun sözlərinə görə, Britaniya yenidən sabit dövlət olduğunu nümayiş etdirməli və siyasətə ictimai etimadı bərpa etməlidir.

Börnhem etiraf edib ki, vətəndaşların siyasətdən narazılığı artıb və hökumət bundan sonra daha yaxşı nəticələr göstərməlidir.

İlk kabinetini formalaşdıracaq

Yeni Baş nazirin yaxın saatlarda ilk kabinet üzvlərini açıqlayacağı gözlənilir.

Börnhemin eyni zamanda dünya liderləri ilə ilk telefon danışıqlarını aparacağı və ölkənin nüvə deterrensiyası ilə bağlı ənənəvi “son çarə məktubları”nı hazırlayacağı bildirilib.

Trampdan ilk reaksiya

ABŞ Prezidenti Donald Tramp Əndi Börnhem barədə danışarkən onun əvvəllər Mançester meri olduğunu xatırladıb və siyasətçini “çox liberal” kimi xarakterizə edib.

Bununla yanaşı, Ağ Ev Trampın yeni Britaniya Baş naziri ilə ilk telefon danışığını keçirdiyini də açıqlayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş