Sorğu ABŞ-də narahatedici mənzərəni üzə çıxardı: Hər iki nəfərdən biri ölkəsinin tarixini bilmir

2 Dəq Oxuma Müddəti

ABŞ-nin 250 illik yubileyi barədə məlumatsızlıq

ABŞ-də Cato InstituteMorning Consult tərəfindən 2 253 nəfər arasında keçirilən sorğu maraqlı nəticələr ortaya çıxarıb.

Araşdırmaya əsasən, respondentlərin 46 faizi ABŞ-nin 250 illik yubileyinin hansı tarixi hadisəni qeyd etdiyini bilmədiyini bildirib.

Sorğuda iştirak edənlərin yalnız 53 faizi düzgün cavab verərək yubileyin 1776-cı ildə Müstəqillik Bəyannaməsinin qəbulunu simvolizə etdiyini qeyd edib.

Gənclər arasında vəziyyət daha ağırdır

Sorğu göstərib ki, tarixi bilik çatışmazlığı xüsusilə gənc nəsildə daha qabarıqdır.

Belə ki, Z nəsli nümayəndələrinin 61 faizi ABŞ-nin 250 illik yubileyinin hansı hadisəyə həsr olunduğunu bilmədiyini etiraf edib.

“ABŞ qurucu dəyərlərindən uzaqlaşır”

Araşdırmanın digər nəticələrinə görə, respondentlərin 57 faizi ABŞ-nin qurucu dəyərlərindən uzaqlaşdığını düşünür.

İştirakçıların 56 faizi isə qarşıdakı 50 il ərzində ölkənin azadlıqlarını itirə biləcəyindən narahat olduğunu bildirib.

Sorğu iştirakçıları korrupsiyanı, hakimiyyətin bir mərkəzdə cəmlənməsini və ölkənin əsas prinsiplərinin gözardı edilməsini ABŞ üçün ən böyük təhlükələr sırasında göstəriblər.

Bundan əlavə, respondentlərin 58 faizi heç bir siyasi partiyanın həddindən artıq güc əldə etməməli olduğunu vurğulayıb.

Konstitusiya və müstəqillik tarixi ilə bağlı da zəif nəticələr

Sorğu amerikalıların vətəndaşlıq biliklərində də ciddi boşluqlar olduğunu göstərib.

Nəticələrə əsasən:

  • Respondentlərin 58 faizi ABŞ Konstitusiyasının əsas məqsədini bilmədiyini bildirib;
  • 57 faizi isə ölkənin Böyük Britaniyadan niyə müstəqilliyini elan etdiyini düzgün izah edə bilməyib.

Araşdırma ABŞ-də tarixi və vətəndaşlıq biliklərinin səviyyəsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş