İşğalçı İsrail Mediasından Etiraf: “Netanyahu Ölkəni Strateji Fəlakətə Sürüklədi”

2 Dəq Oxuma Müddəti

İsrail mediası: Həlledici qələbə əldə olunmayıb

İsrailin 13-cü kanalı yayımladığı təhlildə bildirib ki, 1000 gün davam edən döyüşlərə baxmayaraq, İsrail heç bir cəbhədə həlledici qələbə qazana bilməyib.

Telekanalın qiymətləndirməsinə görə, müharibə İsrailə ağır insan, iqtisadi və psixoloji itkilər bahasına başa gəlib, eyni zamanda ölkənin regional və beynəlxalq mövqeyini də zəiflədib.

Məlumata görə, İran müharibədən sonra beynəlxalq legitimliyini müəyyən qədər artırıb və iqtisadiyyatında bərpa prosesi başlayıb.

“ABŞ ilə münasibətlər də zərər gördü”

13-cü kanal həmçinin qeyd edib ki, İranla müharibənin idarə olunması İsrailin ən mühüm strateji üstünlüklərindən biri sayılan ABŞ ilə münasibətlərinə də mənfi təsir göstərib.

Telekanal hesab edir ki, bu proses İsrailin təhlükəsizlik strategiyasında ciddi problemlər yaradıb.

“Mütləq qələbə” vədi “mütləq uğursuzluq”la əvəzləndi

İsrailin 12-ci kanalı isə bildirib ki, hökumət ictimaiyyətə “mütləq qələbə” vəd etsə də, ölkə hazırda bütün cəbhələrdə uğursuzluqla üz-üzədir.

Telekanalın məlumatına görə, İranda nə hakimiyyət dəyişib, nə nüvə proqramı sıradan çıxarılıb, nə də raket təhlükəsi aradan qalxıb.

Qeyd olunur ki, Livan istiqamətində də İsrail ciddi itkilərlə üzləşib.

“Uğursuzluq Qəzzadan bütün cəbhələrə yayıldı”

İsrailin KAN dövlət televiziyası isə bildirib ki, uğursuzluqlar əvvəlcə Qəzzada başlayıb və daha sonra Livan, Suriya, Yəmən, İordan çayının qərb sahili və İran istiqamətlərinə də yayılıb.

Telekanal ölkənin eyni vaxtda bir neçə cəbhədə istədiyi nəticəni əldə edə bilmədiyini vurğulayıb.

Netanyahuya qarşı tənqidlər güclənir

Müharibənin gedişi ilə bağlı cinayətkar Benyamin Netanyahuya yönələn tənqidlər də artmaqda davam edir.

İsrailin “Zman Israel” nəşri yazıb ki, İsrail tarixində Netanyahu tərəfindən formalaşdırılan təhlükəsizlik doktrinasının hazırkı böhranı ilə müqayisə oluna biləcək başqa uğursuzluq olmayıb.

Nəşr bildirib ki, İsrail beynəlxalq dəstəyini tədricən itirir, ABŞ-dəki ənənəvi tərəfdarları ilə münasibətləri zəifləyir və ölkə beynəlxalq arenada getdikcə daha çox təcrid olunur.

Məqalədə vurğulanır ki, Netanyahu İsraili ciddi strateji böhranla üz-üzə qoyub.

 

Bu Xəbəri Paylaş
Şərh edilməmiş