“Mossad”ın layihəsinə milyardlıq büdcə ayrılıb
İşğalçı İsrailin “Kanal 12” telekanalının məlumatına əsasən, təxminən bir il əvvəl “Mossad” rəhbərinin müavini kimi tanınan və “A” hərfi ilə təqdim olunan şəxsə İranda rejim dəyişikliyi məqsədi daşıyan layihə üçün 1 milyard şekel büdcə ayrılıb.
Məlumata görə, layihənin həyata keçirilməsi üçün yüzlərlə nəfərdən ibarət xüsusi qrup formalaşdırılıb. Layihənin əsas məqsədi İran daxilində siyasi vəziyyəti dəyişmək və hakimiyyətə qarşı daxili təzyiq yaratmaq olub.
Rejim mediası nəticələri “uğursuz” adlandırdı
Telekanalın mənbələri bildiriblər ki, həyata keçirilən fəaliyyətlərin nəticələri gözlənilən səviyyədə olmayıb. Hesabatda layihənin nəticələrinin “məyusedici” olduğu qeyd edilir.
Sionist rejim daxilində son aylarda təhlükəsizlik və kəşfiyyat qurumlarının fəaliyyəti ilə bağlı müzakirələr daha da artıb. Xüsusilə İranla bağlı əvvəlki proqnozların doğrulmaması müxtəlif dairələrdə tənqidlərə səbəb olub.
Netanyahu-Tramp müzakirələri gündəmə gəlib
Mart ayında “New York Times” nəşri yazmışdı ki, işğalçı rejimin cinayətkar baş naziri Benyamin Netanyahu ABŞ-nin keçmiş prezidenti Donald Trampı İranda hakimiyyət dəyişikliyinin mümkün olduğuna inandırmağa çalışıb.
Nəşrin iddiasına görə, Netanyahu bu məsələdə “Mossad”ın İranda daxili etirazların genişlənəcəyi ilə bağlı optimist qiymətləndirmələrinə əsaslanıb.
İranla qarşıdurma fonunda ittihamlar artır
Rejim mediasında yayılan məlumatlara görə, son aylarda ölkə daxilində “Mossad”ın fəaliyyəti ilə bağlı qarşılıqlı ittihamlar güclənib. Bəzi dairələr İran daxilində gözlənilən etiraz dalğasının baş verməməsinə görə kəşfiyyat xidmətini məsuliyyətli hesab edir.
Məlumatlarda ABŞ və sionist rejimin fevral ayında İrana qarşı təxminən 40 gün davam edən birgə əməliyyat keçirdiyi də qeyd olunub.
