İran: “Dünyanın Ən Böyük Ordusu Regiondan Qaçır”

1 Dəq Oxuma Müddəti

“Aldatma davam edərsə, çöküş olacaq”

İran İslam İnqilabı Keşikçiləri Korpusunın ictimaiyyətlə əlaqələr bölməsi ABŞ-ın regiondakı fəaliyyətləri ilə bağlı sərt bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Vaşinqtonun “aldatma siyasəti” davam edərsə, bu, regionda hərbi və iqtisadi infrastrukturun tamamilə dağılmasına gətirib çıxara bilər.

“Əsgərlər çamadanla gedir”

SEPAH açıqlamasında QətərBəhreyndə ABŞ əsgərlərinin çamadanlarla görüntülərini “unudulmaz mənzərə” adlandırıb.

Qurum açıqlamasında “dünyanın ən böyük və ən bahalı ordusu regiondan qaçır”. Eyni zamanda ABŞ-ın müttəfiqlərinin hava hücumundan müdafiə sistemləri axtarışında olduğu vurğulanıb.

Mülki obyektlərdən istifadə iddiası

SEPAH bəyan edib ki, ABŞ ordusunun Körfəz ölkələrində mülki obyektlərdən maskalanma məqsədilə istifadə etməsini izləyir və bunu diqqətlə monitorinq edir.

Qarşılıqlı hücumlar fonunda

Açıqlama İranın dörd gündür Körfəz və İsrail istiqamətində davam etdirdiyi hücumlar fonunda səsləndirilib. Tehran bunu ABŞ və İsrailin hücumlarına cavab kimi qiymətləndirir.

Rəsmi məlumatlara görə, İranın zərbələri nəticəsində ABŞ qüvvələri arasında itkilər olub, altı hərbçinin öldüyü və iki itkin düşən əsgərin cəsədinin tapıldığı bildirilir.

Regionda hərbi və siyasi gərginlik artmaqda davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş