Hollandiyada baş verən partlayış nəticəsində azı 4 nəfər yaralanıb, hadisə genişmiqyaslı maddi ziyana səbəb olub.
Hollandiyanın Utrext şəhərinin mərkəzində, yaşayış məntəqəsində yerləşən bir küçədə baş verən partlayışda ən azı 4 kişi xəsarət alıb.
Partlayışdan sonra yaranan yanğın və ciddi dağıntılar ətrafda panikaya yol açıb. Təhlükəsizlik məqsədilə ərazidə olan insanlar yaxınlıqdakı ticarət küçələrinə yönləndirilib.
Yanğınsöndürmə briqadaları alova müdaxilə edərkən, binalarda yaranmış konstruktiv zədələnmə riski səbəbindən bəzi ərazilərə hələlik daxil olmaq mümkün olmayıb.
Səlahiyyətli qurumlar yaralanan 4 nəfərin təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparıldığını bildirərək, dağıntılar altında başqa şəxslərin olub-olmadığının hələlik dəqiqləşdirilmədiyini qeyd ediblər.
