Zərifin Trampa etdiyi xəbərdarlıq reallaşır: Boltondan zərbə davam edir

Zərifin Trampa etdiyi xəbərdarlıq reallaşır: Boltondan zərbə davam edir

Bütün bu gizlin və sirrlər Ağ Ev Memuarı adlı kitabında da yer alıb

İslamazeri.com Amerika mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp öz siyasi mənfəəti üçün Çin prezidenti Şi Tsinpin daxil olmaqla müxtəlif dünya liderləri ilə əməkdaşlıq edərək milli maraqları təhlükə altına atıb. Bunu Trampın sabiq milli təhlükəsizlik müşaviri Con Bolton deyir.

Çərşənbə günü Wall Street Journal qəzetində köşə yazısı yazan Bolton Trampın 2018-ci ildə Buenos Ayresdə keçirilən Böyük İyirmilik sammitində Şini Trampın 2020-ci ilin noyabr ayında keçiriləcək seçkidə kənd təsərrüfatı ilə məşğul olan ştatlarda səs əldə etməsinə yardım etmək üçün Çinin Amerikanın kənd təsərrfüfatı məhsullarından daha çox almasına çağırıb. O, bunun müqabilində Çin mallarına daha münasib tarif tətbiq etməyi təklif edib.

Bolton deyib ki, 2019-cu ilin iyunun 29-da Yaponiyanın Osaka şəhərində keçirilən G-20 sammitində Şi Trampa ABŞ-Çin əlaqələrinin dünyada "ən mühüm münasibətlər" olduğunu söyləyib.

Boltonun dediyinə görə, Tramp "son dərəcə heyrətamiz bir şəkildə söhbəti qarşıdan gələn ABŞ-dakı prezident seçkilərinə yönəldib, Şini onun qalib gəlməsini təmin etməyə çağırıb."

Trampla-Şi arasındakı bu söhbətlər Boltonun yaxın gələcəkdə nəşr olunacaq 592 səhifəlik Bunun Baş Verdiyi Otaq: Ağ Ev Memuarı adlı kitabında da yer alıb. The New York Times və The Washington Post qəzetləri kitabın nüsxəsini əldə ediblər.

Kitabın gələn həftə satışa çıxarılacağı plaşdırılır. Lakin Ədliyyə Departamenti çərşənbə günü Boltonun kitabının nəşr olunmasının qarşısını almaq üçün fövqəladə qərar çıxarıb. Bundan öncə də administrasiya çərşənbə axşamı kitabın nəşr olunmasının qarşısını almaq üçün məhkəməyə müraicət etmişdi.

Administrasiya Boltonun məlumatların gizli saxlanmasına dair razılığı pozduğunu və milli təhlükəsizliyi riskə atdığını iddia edir.

Tramp çərşənbə günü Fox News kanalına müsahibədə Boltonun “məxfi məlumatların” üstünü açmaqla “qanunu pozduğunu” bildirib. Prezident çərşənbə axşamı Ağ Evdə keçirilən tədbirdə də bənzər fikirlər səsləndirərək, kitabın “cinayət məsuliyyəti” daşıdığını deyib.

"Bu, mənim nəzərimdə çox ciddi cinayət məsələsidir. O, kitabda məxfi məlumatların olduğunu bilir. Mənimlə etdiyi hər hansı söhbət məxfidir, amma onun bu söhbətlər haqda yalan danışmağı daha da pisdir,” Tramp deyib.

Tramp və Baş Prokuror Vilyam Barr Ağ Evin kitabla bağlı rəy vermək prosesininin bitirmədiyini deyir. Boltonun vəkili isə kitabda heç bir məxfi məlumatın olmadığını və rəy prosesinin başa çatdığını bildirir. 

Bolton kitabında deyib ki, Demokratların nəzarət etdiyi Nümayəndələr Palatası Trampın impiçment araşdırmasına ABŞ prezidentinin Ukrayna liderinə hərbi yardım müqabilində prezidentliyə Demokrat namizəd Co Baydenlə bağlı araşdırma aparması üçün təzyiq göstərməsini daxil etməli idi. Boltonun sözlərinə görə, Demokratlar prezidentin siyasi motivlərlə hüquq-mühafizə məsələlərinə müdaxilə etdiyi başqa insidentləri də araşdırmalı idilər.

Bolton kitabında Trampın “xoşladığı diktatorlara şəxsi lütflər göstərmək məqsədilə" onlarla bağlı Amerikada açılmış cinayət araşdırmalarını dayandırmağa meyl göstərdiyini bildirir. O, Trampın prezident Rəcəb Tayyib Ərdoğana lütf göstərmək üçün Türkiyənin Halkbank daxil olmaqla bir neçə böyük şirkətləri ilə bağlı təhqiqatları dayandırmağa çalışmasını örnək olaraq göstərib.

Boltonun kitabında həmçinin Trampın Osakada ikən Çinin 1 milyona yaxın uyğur müsəlmanlarının Sincanda düşərgələrə salınmasını təqdir etdiyinə işarə etdiyini bildirib.

2019-cu ildə Osakada yalnız tərcüməçilərin iştirakı ilə keçirilən G-20 sammitinin açılış yeməyində Şi Trampa Çinin şimal-qərbində “konsentrasiya düşərgələrini nə üçün inşa etdirdiyini” başa salıb. Boltonun sözlərinə görə, amerikalı tərcüməçi deyib ki, Tramp Şinin onları inşa etməli olduğunu söyləyib. Bolton Milli Təşhlükəsizlik Şurasınının rəsmisi Matt Pottingerin ona Trampın 2017-ci ildə Çinə səfəri zamanı da buna bənzər fikirlər səsləndirdiyini dediyini yazıb.

Bolton ötən ilin sentyabr ayında prezidentin İran, Şimali Koreya, Ukraynadakı xarici siyasəti və Əfqanıstanda Talibanla sülh sazişi imzalaması ilə bağlı fikir ayrılıqlarına görə istefa verib. Prezident Tramp isə Bolton işdən çıxardığını deyir.

Bolton Trampa qarşı impiçment prosesi zamanı ifadə verməkdən imtina etdiyinə görə Demokratlar tərəfindən də tənqidlər qarşılanır. Demokratlar onu impiçment vaxtı danışmaq əvəzinə, özündəki informasiyanı $2 milyon dollarlıq kontrakta əsasən yazdığı kitab üçün saxlamaqda ittiham edirlər.

Qeyd edək ki, İranın XİN başçısı Zərif dəfələrlə Trampa "B" qrupu ilə bağlı xəbərdarlıq edirdi. O bu qrupun Trampın İranla müharibəyə çəkilməsinə diqqət çəkirdi. Trampı bu qrupun onu çətin duruma soxacağına işarə etmişdi.

Zərif "B" qrupu dedikdə Benyamin Netanyahu, Muhəmməd bin Salman, Muhəmməd bin Zaid və Con Boltonu nəzərdə tuturdu.

Xəbəri paylaş

VİDEOLAR