İran Xarici işlər naziri Zərif Trampın 2012-2013-cü illərdə paylaşdığı qrafiki yayımlayıb
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İran Xarici işlər naziri Zərif Trampın 2012-2013-cü illərdə paylaşdığı və o vaxtkı Prezident Barak Obamanı İrana qarşı müharibə başlatmaqda ittiham etdiyi twittlərin şəklini və Tramp hökumətinin koronavirusla mübarizədə uğursuzluğunu əks etdirən qrafiki paylaşıb.
Cavad Zərif paylaşımda: “Öz vətəndaşlarınızı xaricdə riskə atmaq evdəki fəlakətli uğursuzluqlardan diqqəti yayındırmayacaq. Bu sizin öz sözünüzdür.", - bildirib.
Putting your own citizens at risk abroad won't divert attention from catastrophic failures at home.
— Javad Zarif (@JZarif) December 24, 2020
In your own words @realDonaldTrump: pic.twitter.com/kbtL8GWLHm
Xatırladaq ki, bazar günü ABŞ-ın Bağdaddakı səfirliyinə raket hücumu təşkil edilib. Vaşinqton rəhbərliyi tərəfindən ittiham olunan İranın dəstəklədiyi İraqdakı qruplar isə hücumla əlaqələrinin olmadığını açıqladılar. Baxmayaraq Tramp dünən twitter hesabından İrana aid olduğunu iddia etdiyi raket fotolarını paylaşdı və “Bu raketlərin haradan olduğunu təxmin edin? İrandan. İraqda Amerikalılara qarşı hücumların olacağı barədə şayiələr eşidirik. İrana dost bir tövsiyə. Əgər bir Amerikalı ölsə, bunun üçün İranı günahlandıracağam”- sözləri ilə də Tehranı xəbərdarlıq etmişdi.