Zərif Əsədi Astana prosesi barədə məlumatlandırıb

Zərif Əsədi Astana prosesi barədə məlumatlandırıb

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Suriya Prezidenti Bəşər Əsədi Astana prosesi barədə məlumatlandırıb.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Suriya Prezidenti Bəşər Əsədi Astana prosesi barədə məlumatlandırıb. 

APA-nın İran Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, Cavad Zərif BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen ilə telefon danışığı barədə də Suriya Prezidentinə məlumat verib.

İran XİN başçısı B. Əsədə Astana prosesinin iştirakçısı olan ölkələr - İran, Türkiyə və Rusiya arasında məsləhətləşmələrin yaxın gələcəkdə keçiriləcəyini bildirib.

Tərəflər həmçinin Suriyadakı vəziyyəti, Konstitusiya Komitəsinin fəaliyyətini və İdlibdəki son vəziyyəti müzakirə ediblər.

Xəbəri paylaş

VİDEOLAR