Bu haqda İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
Rasthaber Azərbaycan RT-yə istinadən xəbər verir ki, İran XİN başçısı Məhəmməd Cavad Zərif Moskva səfəri zamanı İran prezidentinin məktubunu Rusiya prezidentinə çatdıracaq.
Bu haqda İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
“Ruhaninin Putin üçün məktubundan əlavə, Zərif rusiyalı həmkarı (Sergey Lavrov) ilə 5 il öncə imzalanmış nüvə sazişi, regiondakı vəziyyət və ikitərəfli münasibətlərlə bağlı danışıqlar da aparacaq”, – deyə qeyd edilib.
Xatırladaq ki, iranlı nazirin Rusiya səfəri 21 iyulda baş tutacaq.