Zərif İrəvandan reqionla bağlı iqtisadi mesaj verdi

Zərif İrəvandan reqionla bağlı iqtisadi mesaj verdi

İran XİN-nin region səfərinin növbəti istiqamətləri Gürcüstan və Türkiyə olacaq.

Məhəmməd Cavad Zərif  regiona olan səfərinin davamında bu gün çərşənbə yanvarın 27-i  İrəvana daxil olandan sonra çoxtərəfli əməkdaşlıqların bölgənin sülh və stabillyinin təmin edilməsində əhəmiyyətli təsir edəcəyini bildirib.

"Ermənistan, İran İslam Respublikasının qədim qonşu olkəsidir.", -deyə Zərif əlavə edib.

Rusiya və Azərbaycan rəsmiləri ilə görüş zamanı çoxtərəfli əməkdaşlığın müzakirə olunduğunu qeyd edən İranın xarici işlər naziri deyib: "Bölgə ölkələri arasında, xüsusi ilə iqtisadi sahədə əməkdaşlığa zəmin hazırdır."

Zərifin bölgəyə olan səfərinin başqa turunda  Ermənistan rəsmiləri ilə ikitərəfli və regional məsləhətləşmələr aparmaq üçün bu gün İrəvana daxil olub.

İran XİN-nin  region səfərinin növbəti istiqamətləri Gürcüstan və Türkiyə olacaq.

Xəbəri paylaş

VİDEOLAR