Zərif: İran Amerikanı nüvə anlaşmasına qaytarmaq şəraiti barədə müzakirəyə hazırdır

Zərif: İran Amerikanı nüvə anlaşmasına qaytarmaq şəraiti barədə müzakirəyə hazırdır

İran xarici işlər naziri İranın Amerika Birləşmiş Ştatlarını nüvə anlaşmasına qaytarmaq şəraiti barədə müzakirəyə hazır olduğunu vurğulayıb

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif çərşənbə günü öz tvitter hesabında Amerika Birləşmiş Ştatların hələ BMT üzvü olmasına işarə ilə yazıb: "Əgər Amerika öz öhdəliklərini Təhlükəsilzik Şurasının 2231 saylı qətnaməsində qeyd olunduğu kimi icra edərsə, İran da nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirəcəkdir".

"Əgər Amerika Birləşmiş Ştatları bir daha nüvə anlaşmasına qoşulmaq istəmiş olarsa, İran Amerika üçün «nüvə anlaşmasında iştirakçı» adının bərpa olunması şəraiti barədə müzakirə etməyə hazır olacaqdır.", -deyə o əlavə edib.

Qeyd edək ki, Tramp prezident seçildikdən bir müddət sonra ölkəsini İranla nüvə anlaşmasından çıxarmışdı. Co Baydenin isə seçkidən əvvəlki çıxışlarında nüvə danışıqlarına dönə biləcəyini demişdi.

Xəbəri paylaş

VİDEOLAR