İran xarici işlәr naziri Cavad Zәrif ölkәsinin nüvә silah tutumunu inkişaf etdirdiyini irәli sürәn Fransa xarici işlәr naziri Jan-İv Le Driana reaksiya göstәrib.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, rәsmi ‘‘Twitter’’ sәhifәsindә bәyanat verәn Cavad Zәrif Birlәşmiş Millәtlәr Tәşkilatının Tәhlükәsizlik Şurasının beş daimi üzvü vә Almaniya ilә ölkәsi arasında 2015-ci ildә imzalanan vә Әhatәli Birgә Fәaliyyәt Planı olaraq adlandırılan nüvә sazişini davam etdirmәk üçün Almaniya, Fransa vә İngiltәrә liderlәrinin heç bir sәy göstәrmәdiyini bildirib.
Cavad Zәrif paylaşımında bildirib ki, Әhatәli Birgә Fәaliyyәt Planı E3 ölkәlәri (Almaniya, Fransa, İngiltәrә) sәbәbindәn deyil, İran sayәsindә qüvvәdәdir.
Jan-İv Le Drianın 2012-2017-ci illәr arasında Fransa müdafiә naziri vәzifәsini icra etdiyini xatırladan Cavad Zәrif deyib: ‘‘Hörmәtli hәmkarım kariyeranıza sәudiyyәli müharibә cinayyәtkarlarına silah satmaqla başladınız. İran haqqında bu növ ifadәlәrdәn çәkinin. Hәqiqәt budur ki, bölgәmizi sabitsizlәşdirirsiniz. Müxaliflәrini yox edәn vә Yәmәndәki uşaqları qәtlә yetirmәk üçün silahlarınızı istifadә edәn cinayәtkәrları qorumaqdan vaz keçin’’.
Qeyd edәk ki, Fransa xarici işlәr naziri Jan-İv Le Drian şәmbә günü ‘‘Journal du Dimanche’’ qәzetinә verdiyi müsahibәdә İranın nüvә silah tutumunu inkişaf etdirdiyini bildirmişdi.
Fransa, Almaniya vә İngiltәrә İranın nüvә silah tutumunu artırması sәbәbindәn narahat olduqlarını bildirәrәk Tehran rәhbәrliyinә nüvә sazişindәki öhdәliklәri yerinә yetirmәsi ilә әlaqәdar çağırış etmişdi.