İranın xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının dövri sədrinin ABŞ-ın İrana qarşı beynəlxalq sanksiyaların qaytarılması ilə bağlı addımı barədəki mövqeyinə reaksiya verib.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü ABŞ dövlət katibinin İrana qarşı beynəlxalq sanksiyaların qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının sədrinə təqdim etdiyi ərizəyə toxunaraq, tvitterdə yazıb: "Pompeonun qanundan qaçma kimi quldurluğu bir daha Amerikanı təcrid etdi. ABŞ cümə günü BMT Təhlükəsizlik Şurasında öz qanunsuz bildirişi barədə məşvərətə mane olsa da şuranın Yaxın Şərq məsələlərinə həsr olunmuş bugünkü iclasında iştirak edən üzvlər Amerikanın cəhdini təsirsiz adlandıraraq, rədd etdilər."
Zərif sonra yazıb: "Donald Trampın öz zorakı nökərlərinə qulaq asmaqdan əl çəkməsinin vaxtı gəlib çatıb."
.@SecPompeo ‘s lawless bullying leaves US isolated again:
— Javad Zarif (@JZarif) August 25, 2020
While US prevented a Sec. Council debate about its unlawful notification on Friday, members in today's meeting on ME refuted U.S.’ attempt as null and void.
Time for @realDonaldTrump to stop listening to novice bullies. pic.twitter.com/nHrRUzlj7N