Zərif Baydenin açıqlamasına münasibət bildirdi

Zərif Baydenin açıqlamasına münasibət bildirdi

İraqnın XİN başçısı ABŞ prezidentinin İrana qarşı sanksiyaların ləğvinə dair açıqlamasına münasibət bildirib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran XİN rəhbəri  Məhəmməd Cavad Zərif ABŞ prezidentinin açıqlamasına münasibət bildirib.

"İslam İnqilabı Rəhbərinin açıq şəkildə dediyi kimi, biz də öz tərəfimizdən Birgə Hərtərəfli Fəaliyyət Planını ABŞ-ın pozduğunu söyləyirik", -deyə Zərif vurğulayıb.

İran XİN rəhbəri diqqətə çatdırıb ki, rəsmi Tehran Donald Trampın sözügedən müqaviləni pozduqdan sonra bunu bir il müddətində həyata keçirməyə davam edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden İranın nüvə razılaşması ilə əlaqədar danışıqlar masasına qayıtdığı təqdirdə ilkin olaraq sanksiyaları ləğv etməyəcəklər. Bayden əlavə edib ki, İran əvvəlcə uranı zənginləşdirməyi dayandırmalıdır.

Xəbəri paylaş

VİDEOLAR