İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.
Bunu açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi bildirib.
O bildirib ki, Zərif Azərbaycana səfəri zamanı ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.
"İran İslam Respublikası xarici işlər naziri Dr. Məhəmməd Cavad Zərif İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında davamlı məsləhətləşmələr çərçivəsində sabah, çərşənbə axşamı günü Azərbaycana səfər edəcək. Səfər zamanı o, Azərbaycan Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Bu səfərin əsas məqsədi ikitərəfli münasibətlərdəki son inkişafları və ən vacib regional və beynəlxalq məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır".
Qeyd edək ki, daha əvvəl İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında bildirmişdi ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan və Ermənistana səfər edəcək.