ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları İran XİN rəhbəri tərəfindən tənqid olunub.
Rasthaber Azərbaycan xəbər verir ki, Məhəmməd Cavad Zərif özünün tvitter səhifəsində bu haqda yazıb.
O bildirib ki, ABŞ höküməti sanksiyalara aludə olmaqla yanaşı beynəxalq hüququ heçə saydığını bir daha isbatladı.
"İran olaraq ABŞ-ın Türkiyəyə qarşı son sanksiya qərarını şiddətlə qınayırıq. Biz həmişə Türk xalqı və hökümətinin yanındayıq.", -deyə tvit-də qeyd edilir.
U.S. addiction to sanctions and contempt for international law at full display again.
— Javad Zarif (@JZarif) December 15, 2020
We strongly condemn recent U.S. sanctions against Turkey and stand with its people and government.#NeighborsFirst
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S400 aldığına görə, bəzi sanksiyaların tətbiqilə bağlı qərar verib.