Vəliyyi-fəqihin Zəncan əyaləti üzrə nümayəndəsi və Zəncan imam cüməsi höccətül-islam vəl-müslimin Xatəmi Qarabağ məsələsində İranın mənəvi dəstəyini ahəmiyyətli adlandırıb.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Xatəmi bu barədə deyib: “Bizim üçün önəm daşıyan İslam dünyasıdır. İlk addım İslam dünyası üzərinə İslam çətiri tutmaqdır. Azərbaycan xalqı qədim dövrdən dindar və Əhli-beyt (s) sevər olmuşdur.”
Onun sözlərinə görə, İran birinci Qarabağ müharibəsində bütün gücü ilə Azərbaycan Respublikasına köməklik göstərdi. Hərbi təlim və məsləhətləşmə sahəsində ona yardım etdi. İkinci Qarabağ müharibəsində isə Vəliyyi-fəqihin azərilər yaşayan şimal-qərb bölgələri üzrə nümayəndələri bəyanat yayaraq, Qarabağın azad edilməsini dəstəkləyib və qonşu ölkənin ərazi bütövlüyünün bərpasına təkid etdilər.