Ziya Türkyılmaz bu barədə sosial şəbəkədə yazıb:
1- İsrail ilə Hizbullah arasında sürətlə inkişaf edən atəşkəs, təəssüf ki, Müqavimət Cəbhəsi əleyhinə yeni müharibələrin xəbərçisidir və böyük bir gizli planın bir hissəsidir.
2- Hizbullah dünən də zəfər qazandı, bu gün də zəfər qazanr, sabah da zəfər qazanacaq. Buna şübhəmiz yoxdur. Amma atəşkəs bir zəfər deyil, bir məğlubiyyət də deyil, amma Müqavimət Cəbhəsi adından bir qəflət olduğu şübhəsizdir. Burada düşmənlərin hiyləgərliyinə əlavə olaraq, İrandakı islahatçı/Qərb tərəfdarı hökumətin də günahı az deyil.
3- Ön cəbhə vəzifəsini üzərinə götürmüş Hizbullah bir müddətlik fəaliyyətsiz vəziyyətə gətirilərək əvvəlcə Suriyaya və İraqa, sonra isə İrana qarşı hücumlar başlanacaq. Əvvəlcədən belə planlanmış və atəşkəs gizli planı irəli sürülmüşdür. Bu gizli planda Suriyaya qonşu ölkələr, İsrail və ABŞ iştirak edir. Suriyada, xüsusilə Hələbə yönələn hücum bu hücumların başlanğıcıdır, davam edəcəyi şübhəsizdir.