Türkiyəli yazar Fatih Bilgin yazdı...
Ramazan ayında fələstinli müsəlmanların Əqsa və Qübbətül Səhrada ibadətlərinin artması ilə başlayan hadisələr İmam Xomeyninin Qüds mübarizəsinə önəmi artırmaq və müsəlmanların bu dava ətrafında dünya küfrünə qarşı birləşməsini təmin etmək üçün elan etdiyi Ramazanın son cüməsi keçirilən Qüds Gününün yaxınlaşması ilə daha da gərginləşməyə başlamışdı.
Eyni zamanda İsrailin müstəqilliyini elan etdiyi tarix olan 14 May 1948-ci il tarixinin sabahısı günü 15 Mayın fələstinlilər tərəfindən Nəqbə (böyük fəlakət) günü olaraq qeyd edilməsi İsrailli köçürülənlər tərəfindən isə qurtuluş günü olaraq qeyd edilməsi hər iki tərəfdən təşkil olunan tədbir və etiraz aksiyalarının Qüds Günü və Ramazanın hamısının bir araya gəlmiş olması olayların kiçik qarşıdurma olmayacağını göstərmişdi.