Zelenskiy yenidən Krım məsələsini gündəmə gətirdi

Zelenskiy yenidən Krım məsələsini gündəmə gətirdi

O, Krımız mütləq şəkildə Ukraynanın tərkibinə geri qaytaracağını deyib.

Rasthaber RT-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski itirilən ərazilərin geri qaytarılması üçün Kiyev tərəfindən yeni yolların axtarıldığını bəyan edib.

“Budapeşt memorandumunun təhlükəsizlik zəmanətləri barədə istənilən qədər şən “mem”-lər paylaşmaq olar, lakin bu, bizim ərazilərimizi geri qaytarmayacaq. Biz bunun üçün yeni işlək alətlər axtarırıq”, – deyə o bildirib.

Xatırladaq ki, daha öncə Zelenski Avropa İttifaqının diplomatiya başçısı Jozep Borrellə Krım üzrə danışıqlar meydançasının yaradılmasını müzakirə edib.

O, Krımız mütləq şəkildə Ukraynanın tərkibinə geri qaytaracağını deyib.

Rusiya prezidenti Vladimir Putin isə dəfələrlə bildirib ki, məsələ Rusiya üçün bitmişdir. O, Krımdakı referendumun beynəlxalq hüquqa uyğun olduğunu deyib.

Xəbəri paylaş

VİDEOLAR