Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini Donbasda görüşə dəvət edib.
Zelinski bu təklifi “Facebook”da çıxışı zamanı səsləndirib.
Ukrayna və Rusiyanın ortaq keçmişi olmasına baxmayaraq, gələcəyə fərqli nəzər saldıqlarını söyləyən Zelenskiy bu vəziyyətin problem olmaq məcburiyyətində olmadığını, gec qalınmayacağı təqdirdə imkan ola biləcəyini bildirib.
O bildirib ki, atəşkəsin bərpası Normandiya Dördlüyü və təhlükəsizlik alt qrupunun iclaslarında müzakirə edilib: Orada vəziyyəti mümkün qədər dəqiq görmək və anlamaq üçün təmas xəttinə gəlmək təklifi də var idi. Hər ay ora gedirəm. Cənab Putin! Daha da irəli getməyə və sizi müharibə olan Ukrayna Donbasının hər yerində görüşməyə dəvət edirəm”.