Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün İstanbula gedəcək.
Az.rasthaber.com xəbər verir ki, Ukrayna prezidenti Zelenski bu gün Türkiyəyə işgüzar səfər edəcək.
Səfər çərçivəsində Türkiyə Prezidenti Ərdoğan və Ukrayna Prezidenti Zelenskinin təkbətək və nümayəndə heyətləri arasında görüşləri olacaq.
Görüşlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, iyulun 17-də müddəti başa çatacaq Taxıl Dəhlizi sazişi və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.
Vəhdəttin Köşkündə baş tutan görüşdən sonra birgə mətbuat konfransı gözlənilir.