Zelenski Rusiyaya cavab verdi

Zelenski Rusiyaya cavab verdi

Ukrayna prezidenti tvitterdə yazıb

Vladimir Zelenskiy "Twitter" hesabından etdiyi paylaşımında təxribata hazır olduqlarını bildirib.

Rasthaber trthaber-ə istinadla xəbər verir ki, Hərbi təlimlər şəklində Ukrayna sərhədində güc göstərməyin atəşkəs və sülh danışıqlarını təzyiq altına almaq üçün bir təşəbbüs olduğunu vurğulayan Zelensky "Ordu yalnız güc və qüvvət deyil, eyni zamanda ağıl və tarazlıqdır" ifadələrdən istifadə edib.

Ukrayna Baş Qərargah rəisi Ruslan Homçak 30 martda Parlamentdəki çıxışında Rusiya Silahlı Qüvvələrinin hərbi təlimləri bəhanə edərək Ukrayna sərhədlərinə qoşun göndərdiyini bildirmişdi.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin öz torpaqları daxilində silahlı qüvvələrini öz istəyindən asılı olaraq hərəkət etdirdiyini və bunun heç kim üçün təhlükə yaratmadığını ifadə etmişdi.

Ukraynanın şərqindəki Donbas bölgəsində sözdə müstəqilliyini elan edən rusiyapərəst separatçılarla Kiyev rəhbərliyi arasında 2014-cü ildən bəridir 13 mindən çox insanın həyatını itirdiyi 
qarşıdurmalar davam edir.

Xəbəri paylaş

VİDEOLAR