Zelenski Qərbdə birliyin olmadığını deyib

Zelenski Qərbdə birliyin olmadığını deyib

Ukrayna prezidenti Volodimir Zelenski Qərbi bir sıra məsələlərdə - Kiyevin Aİ-yə qəbulundan, Rusiyaya qarşı sanksiyalara qədər vahid mövqenin olmamasına görə tənqid edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bundan əlavə, Ukrayna prezidenti ayrıca Macarıstanın narazılığına görə, Avropa İttifaqının Rusiyaya qarşı neft embarqosu tətbiqi ilə bağlı razılığa gələ bilmədiyini qeyd edib. Həmçinin Qərb dövlətlərinin Ukrayna ərazisi üzərində səmanı bağlamağa razı olmadığına diqqət çəkib. 

"Biz səmanı bağlamaq üçün mübarizə apardıq, amma nədənsə bu məsələ yaddan çıxdı. Hamı unutdu. Biz unutmamışıq. Hər gün göydən raketlər atılır. Biz burada heç nəyi unutmamışıq. Burada Qərbin özünə inamı varmı? Yoxdur!", deyə Zelenski vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR