Yermakın təyin edilməsi ilə bağlı prezidentin çərşənbə axşamı imzaladığı sərəncamlar prezidentin veb səhifəsinə yerləşdirilib.
Rasthaber Azərbaycan Voa-ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski administrasiyasının rəhbəri Andriy Bohdanı vəzifəsindən azad edərək, onu adı prezident Donald Trampın şəxsi vəkili Rudolf Ciuliani ilə çəkilən köməkçisi Andriy Yermakla əvəz edib.
Andriy Bohdanın vəzifəsindən azad edilməsi və onun yerinə Yermakın təyin edilməsi ilə bağlı prezidentin çərşənbə axşamı imzaladığı sərəncamlar prezidentin veb səhifəsinə yerləşdirilib.
Trampın bu yaxınlarda impiçment dinləmələri Giulianinin Yermakla görüşdüyünü və ondan Trampın Demokrat rəqibi Co Bayden və onun oğlunun Ukraynanın enerji şirkəti Burisma ilə bağlı istintaqa başlamasını istədiyini göstərib.
Demokratların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatası dekabr ayında Trampı Ukraynaya ABŞ-ın hərbi yardımını Baydenlərlə bağlı təhqiqatla şərtləndirdiyini bildirirərək, ölkə tarixində üçüncü dəfə olaraq prezidenti impiç etmişdi.
Senat daha sonra impiçment məhkəməsində prezident Trampa bəraət verdi.
Zelenskinin keçən ilin may ayında prezident seçkilərində qələbə qazanmasından sonra Bohdanın vəzifəyə təyin olunması Cenevrə və Tel-Əvivdə sürgündə yaşayıb Zelenskinin andiçmə mərasimindən əvvəl Kiyevə qayıdan maqnat İqor Kolomoyskinin vəkili olduğu üçün mübahisələrə səbəb olmuşdu.
Kolomoyski Ukraynanı cinayət ittihamlarından yayınmaq üçün tərk etmişdi.
Əvvəlki prezident Petro Poroshenkonun rəhbəri olduğu hökumət bir zamanlar Kolomoyskinin sahib olduğu PrivatBankı milliləşdirmiş və onu müharibə şəraitində olan ölkəyə Beynəlxalq Valyuta Fondu (BVF), ABŞ və Avropa Birliyi tərəfindən yardım edildiyi bir vaxt 5.5 milyard dollar oğurlamaqda ittiham etmişdi.