Zelenski İsrail rejiminə müraciət etdi - SƏBƏB

Zelenski İsrail rejiminə müraciət etdi - SƏBƏB

Ukrayna prezidenti Vladimr Zelenski Naftalı Bennetdən Rusiya ilə danışıqlarda vasitəçilik etməyi xahiş edib.

Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, bunu Ukraynanın İsrail rejimindəki səfiri bildirib.

Ukrayna səfiri bildirib ki, “ölkəsinin prezidenti Vladimir Zelenski İsrailin baş naziri Naftali Bennetin Rusiya ilə danışıqlara başlamaq üçün vasitəçiliyini xahiş edib”.

Ukraynanın İsraildəki səfiri deyib ki, “İsrail Ukraynanın müraciətini araşdırır və hələ bununla bağlı yekun cavab verməyib”.

O əlavə edib ki, “Kiyev Rusiya ilə danışıqları Minskdə deyil, Qüdsdə aparmağa üstünlük verir, çünki Ukrayna özü Aleksandr Lukaşenkonun legitimliyinə inanmır”.

Rəsmi İsrail mediası da yazır ki, Ukrayna İsraili atəşkəs üçün təmaslarda Moskva ilə vasitəçi olmağa çağırıb.

Bu iddialar elə bir halda səsləndirilir ki, İsrailin rejiminin Moskvadakı səfiri, sionist rejimin Ukrayna müharibəsilə bağlı mövqeyinə görə Rusiya paytaxtında XİN-ə çağırılıb.

Xəbəri paylaş

VİDEOLAR