Zelenski ABŞ-dan Ukrayna üçün zəmanət istədi

Zelenski ABŞ-dan Ukrayna üçün zəmanət istədi

Prezident Volodimir Zelenski ABŞ lideri Co Baydenlə telefon danışığında Ukraynaya təhlükəsizlik zəmanəti verməyə çağırıb. Ukrayna tərəfi bu məsələni istənilən formatda müzakirə etməyə hazırdır.

Az.rasthaber.com AZƏRTAC-a xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Vladimir Zelenski telefon danışığında vurğulayıb ki, bu gün regionda yaranan təhlükə fonunda Ukraynaya effektiv təhlükəsizlik təminatları vermək vacibdir.

“Biz onları müxtəlif formatlarda müzakirə etməyə hazırıq”, - deyə V.Zelenski bildirib ki, Ukraynanın təhlükəsizliyi olmadan Avropada təhlükəsizlik də ola bilməz.

"Hələlik biz NATO-nun üzvü deyilik. Ona görə də dövlətimizin təhlükəsizliyinin açarı yalnız güclü Ukrayna ordusudur", - deyə V.Zelenski vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR