18.03.2022 16:16:46
Səudiyyə rejimi rəsmiləri cümə axşamı daha 4 nəfəri edam edib. Bununla da, Səudiyyədə Yeni ildən bəri edamların sayı 100-ə çatıb.
Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, cümə axşamı iki İndoneziya və iki Səudiyyə vətəndaşı edam edilib.
Bu, nazirliyin çərşənbə günü üç nəfərin edam edildiyini elan edən bəyanatından sonra baş verib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ötən şənbə günü 81 nəfəri edam etdiyini açıqlayıb və bu, geniş beynəlxalq reaksiya və qınama ilə qarşılanıb.
Səudiyyə Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi statistikaya əsasən, 2022-ci ilin əvvəlindən indiyədək 100 nəfər edam edilib.
Hesabata görə, zalım Səud rejimi 2021-ci ildə 69, 2019-cu ildə isə 184 nəfəri edam edib.