Bu günlərə “Əyyami Fatimə” deyilməsinin səbəbi o xanımın şəhadət tarixinin iki rəvayətdə nəql olunmasına görədir.
Rasthaber Azərbaycan xatırladır ki, İki rəvayət həzrətin şəhadətilə bağlı nəql olunur. Onlardan biri Peyğəmbərimizin (s) vəfatından 75 gün sonra, digərisə 95 gün sonra deyə qeyd olunur.
Məhz bu iki tarixin arasında 20 gün zaman vardır ki, Əhli-Beyt (ə) aşiqləri bu günləri “Əyyami Fatimiyyə” (Fatimə günləri) və ya “Əyyami Fatimə” adlandıraraq Xanım Zəhraya (s.ə) yas saxlayarlar. Muhəmməd Peyğəmbərimizin məhşur hədisi vardırki, mənim qəmli günümdə qəmli, şad günümdə şad olmayan mənim ümmətimdən (və ya məndən) deyil. İslam Peyğəmbərimizin (s) hədislərdə buyurduğu kimi, bu günlərdə tövsiyə edilir ki, şadlıq, şənlik, toy, eyş-işrət məclisləri qurulmasın, Xanım Fatimənin (s.ə) ehtiramı saxlanılsın.
Həzrəti Fatimə haqqında…
Həzrət Fatimənin adları
Allahın Peyğəmbəri(s):«Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.
İmam Sadiq (ə):”Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.
Umarə:”İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün “Zəhra” (parlaq) adlandırıblar? Buyurdu:”Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.”
Fatimə mənim bədənimin bir parçasıdır.
Allahın Peyğəmbəri(s):”Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.
Allahın Peyğəmbəri(s): “Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.”
Fatimə dünya xanımlarının xanımıdır
Allahın Peyğəmbəri(s):”Qızım Fatimə dünya xanımlarının xanımıdır.”
Allahın Peyğəmbəri(s):”Fatimə Cənnət xanımlarının xanımıdır”.
Allahın Peyğəmbəri(s):”Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır”.
Fatimə qəzəblənəndə Allah da qəzəblənir.
Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:”Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.”