332-dən çox radikal yəhudi İsrail polisinin nəzarəti altında yəhudilərin yeni ili bəhanəsi ilə Əl-Əqsa məscidinə daxil olub.
Az.rasthaber.com xəbər verir ki, İsrail rejimi Məscidül-Əqsaya qarşı təcavüzlərini davam etdirir.
Qüds İslami Vəqflər İdarəsindən verilən açıqlamada, 332-dən çox israilli radikal yəhudinin Əl-Əqsa məscidinə daxil olduğu bildirilib.
Mərakeş qapısından içəri daxil olan və içəridə şəkil çəkdirən işğalçılar təxribat xarakterli hərəkətlər ediblər.
Hücum, ifrat sağçı təşkilatların ötən həftələrdə Məscidül-Əqsaya kütləvi basqınlara çağırışından sonra baş verib.
Digər tərəfdən, fələstinlilərin Məscidül-Əqsaya girişinə məhdudiyyətlər qoyulduğu və qapılardakı təhlükəsizlik qüvvələrinin sayının artırıldığı bildirilib.
Yerli mənbələr həmçinin, işğal qüvvələrinin jurnalist Manar Şveykiyə qarşı zorakılıq tətbiq etdiyini və onu Əl-Əqsa məscidini tərk etməyə məcbur etdiyini bildirib.