Yüzilliyin ən uzun Ay tutulması baş verəcək

Yüzilliyin ən uzun Ay tutulması baş verəcək

Noyabrın 19-da dünya ötən əsrin ən uzun tam Ay tutulmasına və son 580 ilin ən uzun qismən Ay tutulmasına şahidlik edəcək.

Az.rasthaber.com "Oxu.az"-a istinadən xəbər verir ki, əvvəlki ən uzun qismən tutulma 2018-ci ildə baş verib və iki saatdan az davam edib.

Ayın 97 faizinin Yerin kölgəsində qalacaq, tutulma 3 saat, 28 dəqiqə 23 saniyə davam edəcək.

NASA-nın məlumatına görə, tutulma ABŞ-ın bütün 50 ştatından, Kanada və Meksikadan, həmçinin Cənubi Amerika, Polineziya, Avstraliya və Çinin bir hissəsindən görünəcək.

Növbəti Ay tutulması 2022-ci ilin mayına qədər baş verməyəcək.

Xəbəri paylaş

VİDEOLAR