Yüz minlərlə yəmənli Qədir-Xum bayramını qeyd edib

Yüz minlərlə yəmənli Qədir-Xum bayramını qeyd edib

Yüz minlərlə yəmənli Səna və Yəmənin bir çox şəhərlərində Qədir-Xum bayramını coşqu ilə qeyd edib.

Az.rasthaber.com xəbər verir ki, Səna və ölkənin digər şəhərlərində 130 meydanda toplaşan yüz minlərlə yəmənli ənənəvi mərasimlər nümayiş etdirərək Qədir-Xum bayramını qeyd ediblər.

Bu bayram müxtəlif yaş qruplarının iştirakı ilə keçirilib.

Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi bu mərasimdəki çıxışında deyib:

"Əgər Ali Səud rejiminə və Yəmən millətinə qarşı ittifaq quran hər kəs İslamda “vilayət” sözünün mənasını bilsəydi, Yəmən millətini mühasirəyə almazdılar.

İslamda “vilayət”in mənası insanlar üçün “rəhmət” deməkdir. Onlar ordu və əsgər toplayıb millətimizə qarşı vuruşmağa gəldilər, ancaq məğlub oldular.

Yəmən parlamentinin üzvü Lütuf əl-Curmuzi deyib:

“Bu gün biz Yəmən xalqı ilə İmam Əlinin (ə) vilayətinin elan olunmasını qeyd etmək üçün buraya toplaşmışıq. Bu bayram bu xalq üçün yeni başlanğıcdır”.

Xəbəri paylaş

VİDEOLAR