Əynul-əsəd bazasının vurulması ABŞ-a bir sillə idi, lakin əsas sillə...

Əynul-əsəd bazasının vurulması ABŞ-a bir sillə idi, lakin əsas sillə...

Ayətullah Xamenei Qasim Süleymaninin sui-qəsdilə bağlı tədbirləri həyata keçirəcək və təşkil edəcək qurum üzvlərilə görüşüb

 Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei  İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin keçmiş komandanı general-leytenant pasdar Qasim Süleymaninin qətlə yetirilmə ildönümünün təşkilat komitəsinin üzvləri və o  ailəsilə görüşüb.

O  Süleymanini İran xalqı və İslam Ümmətinin qəhrəmanı adlandıraraq deyib:  "O şəhidin həmişə xəlqi olduğuna görə, onun anılması üçün də xalq imkanlarından, həmçinin mədəni və təşəbbüskar səylərdən istifadə olunmalıdır. Şəhid Süleymaninin İran xalqının qəhrəmanına çevrilməsinin və xalqın müxtəlif təbəqələrinin, hətta təsəvvür edilməyən kəslərin ona yüksək qiymət vermələri və öz emosiyalarını ifadə etmələrinin səbəbi bu idi ki, şəhid Süleymani İran və iranlı mədəniyyətinin dəyərlərinin simvolu idi."

"O yüksək dərəcəli şəhid həmçinin mənəviyyat, paklıq və axirət əhli idi və heç vaxt təzahür əhli deyildi.", -deyə Ayətullah Xamenei əlavə edib.

Ayətullah Xamenei "Əynul-əsəd" amerikan bazasına qarşı raket hücumunda amerikalılara digər bir sillənin vurulduğunu qeyd edərək deyib: "Amma daha möhkəm sillə, müqavimətin siyasətləri və xalqların ciddi-cəhdini tələb edən amerikanların bölgədən çıxarılmaları, həmçinin mömin istedadlar və inqilabçı gənclərin ciddi-cəhdini tələb edən imperializmin puç heybəti üzərində kibernetika qələbəsindən ibarətdir."

Xəbəri paylaş

VİDEOLAR